Peşəkar idarəçi Fəhri Ağayev müxtəlif iqtisadi şəraitlərdə Azərbaycan idarəçilərinin davranışlarını təsvir edir. FED.az xəbər verir ki, F.Ağayev yazır:
YENİ İQTİSADİ REALLIQLAR və ANLADIĞIMIZ HƏQİQƏTLƏR
Neft 120 dollar. Çəhrayı eynəklərlə yaşayan insanlar.
CEO.la Prezidentlər və Founderlər. Baş direktor (sadə direktor yox, baş) Rəhbər. Rəis. Qara və qızılı rəngdə vizitkalar.
Böyük avtomobillər. Pajero və Pradolar Lada yerini tutmuşdu. Əsas odur ki, yekə olsun, göz deşsin. Uğuru sübut etsib
İnterneyşnl menecment sistemləri. Sürətli inkişaf. Almanya batır. Avropa çaşıb. Dollar bizim puldan zəyifdir.
Bir devalvasiya ilə bütün ayıbları örtən örtülər və gözəl sözlər getdi.
ANLAŞILDI ki, CEO.lar və prezidentlər ancaq böyüyən iqtisadiyyatda idarəçilik edirdilər.
Anlaşıldı ki, bütün bahalı avtomobillər kreditlə alınıb və əslində mülkiyyəti banklardadır.
Anlaşıldı ki, böyük holdinqlər elə dövlətin pul sandığına qoşulublar və şlanqla pul çəkirlər sadəcə.
Anlaşıldı ki, kontrolsuz və nəzarətsiz böyümə təhlükəliymiş və çox riskliymiş.
2 ildə bazarda heç kimə nəfəs almağa imkan belə verməyən holdinqlər kürəyi üstə yatdı və tısbağa kimi aciq qaldılar.
Peşəkarlıq, savad, bilik, davamlı inkişafın və real rəqabətin ön plana çıxdığı dövrdəyik.
Yeni iqtisadi şərtlərimiz xoş gəldi.
Neft 120 dollar.Qara və qızılı vizitkalar - ANLADIĞINIZ HƏQİQƏTLƏR VƏ İQTİSADİ REALLIQLAR
13:22
27 İyul 2019