Müdafiə Nazirliyi (VÖEN: 1300162621) Azərbaycan ordusunun hərbi hissələri üçün müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması (lot 2) üzrə açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 2 milyon 427 min 310,06 AZN təşkil edir.
Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 06.10.2025 saat 15:30-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 1000 AZN, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 AZN müəyyən olunub. Qeyd olunur ki, təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs Satınalma komissiyasının üzvü Ziyafət Həsənovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 12 525 37 92.
İddiaçılar təkliflərini 06.10.2025-ə qədər Parlament prospekti 3 ünvanına təqdim edə bilərlər.