"Mühüm məsələlərdən biri maliyyə sektorunun iqtisadi artıma və şaxələndirməyə dəstəyinin gücləndirilməsidir".
Eləcə də bax: Nazirdən kiçik və ora biznesə - Müjdə
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, real sektorun maliyyələşdirilməsində bankların payının artırılması prioritetdir:
“Təəssüflər olsun ki, keçən il də əlverişsiz iqtisadi dinamikaya görə sahibkarların bank kreditlərinə əlçatatnlığının təmin edilməsində istədiyimiz irəliləyişi görə bilməmişik. Banklar tərəfindən biznesə verilən kreditlər azalıb”. (Marja)