Vergilər Nazirliyi “Naxçıvan MR-in Sahibkarlığın İnkişaf Fondu” publik hüquqi şəxsini dövlət qeydiyyatına alıb.
FED.az Nazirliyə istinadən xəbər verir ki, yeni dövlət qurumunun hüquqi ünvanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 6, nizamnamə kapitalı 67,723 mln. manat, qanuni təmsilçisi isə Seymur Nazim oğlu Cəfərovdur. O, bundan əvvəl hazırda ləğv prosesində olan Naxçıvan MR Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru olub.