Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında vergi intizamının və vergi mədəniyyətinin formalaşması, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı öz müsbət nəticələrini verməkdədir.
FED.az Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrda muxtar respublikanın Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 113,5 faiz icra edilib.
Eləcə də bax: Naxçıvanda iqtisadi vəziyyət – MƏLUM OLDU - RƏQƏMLƏR
Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 31 faizi dövlət, 69 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsi olaraq, gələcəkdə insanların layiqli pensiya və digər təminatlardan yararlanması üçün ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 138,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 127,8 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.
Report