Naxçıvan Avtomobil Zavodunda (NAZ) indiyədək istehsal edilən «Lifan» avtomobilləri ilə yanaşı, «Lifan» motosiklləri də istehsal oluncaq. Bu barədə FED.az-a zavoddan bildirilib.
Eləcə də bax: Azərbaycanda 1300-dən çox - YENİ AVTOMOBİL BURAXILIB
Hacıqabulda avtomobil istehsalına nə vaxt başlanacağı - MƏLUM OLUB
Onun sözlərinə göra, bu il zavod istehsal ediləcək modelləri yeniləmək və yeni texnika istehsal etmək niyyətindədir. Yeniliklərdən biri burada avtomobil modelləri ilə yanaşı «Lifan» motosikllərinin istehsalına başlamaqdır.
Səxavət Hümbətov bildirib ki, zavodda 6-7 fərqli növdə motosikllar istehsal olunacaq. İlkin olaraq benzinlə işləyən modellər, gələcəkdə isə elektriklə işləyənlər də buraxılacaq.
«Motosiklların qiyməti hələlik dəqiq deyil, çünki onların istehsalı üçün NAZ zavodunun bəzi konstruksiyalarına dəyişiklik edilməlidir. Amma qiymətlər bazara uyğun, yəni xaricdən idxal olunan motosikllərdən aşağı olacaq».
«NAZ-da adi motosikllərlə yanaşı, təsərrüfatda istifadə edilən motosikllər və qolf sahəsi üçün də modellər istehsal etməyi fikirləşirik. Gələcəkdə planımızda qolf maşınları buraxmaq da var» - deyə zavoddan bildirilib.
İstehsal olunacaq motosikllər təkcə Naxçıvanda deyil, digər bölgələrdə də satılacaq. Bunun üçün bölgələrdə servis və satış mərkəzləri açılacaq. Motosikllərin ətraf ölkələrə ixracı da gözlənilir, amma zavod direktoru etiraf edib ki, eyni modellər Türkiyədə də buraxılır və həmin türk malları regionda möhkəm mövqeyə malikdirlər. Ona görə də xarici bazara məhsul çıxarmaq gələcək planlara aiddir.