Gürcüstan şirkətləri Azərbaycanın sənaye parklarına böyük maraq göstərirlər. Biz çalışırıq ki, gürcü şirkətlərinin, eləcə də Azərbaycan şirkətlərinin qarşılıqlı səfərlərini təşkil edək, ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşunu daha da artıraq, iqtisadi münasibətlərimizi daha da genişləndirək.
Azərbaycan Biznes Partnyorları Klubu - YARADILDI
FED.az xəbər verir ki, bu sözləri “Caspian Energi Georgia”nın sədri Natiq Məmmədov söyləyib.
O bildirib ki, bu gün Tbilisidə “Caspian Energy Club”un təşəbbüsü ilə növbəti forumu keçirilib. Bu forumu ilk dəfədir ki, “Caspian Energi Georgia” təşkil edib.
Onun sözlərinə görə, forumda 40-dan artıq Azərbaycan şirkətinin, Gürcüstan, Özbəkistan və Səudiyyə Ərəbistanından xeyli sayda nümayəndə iştirak edib.
Bugünkü forumda əsasən Gürcüstanın iqtisadi inkişaf modeli diqqət mərkəzində olacaq. Turizm, logistika, kənd təsərrüfatı, yaşıl enerji və dijitallaşma məsələləri ətrafında müzakirələr aparılacaq.
“Bizim əsas məqsədlərimizdən biri də Gürcüstan şirkətlərinin Azərbaycana biznes turlarını təşkil etməkdir. Gürcüstan şirkətləri üçün Azərbaycanın sənaye parkları daha çox maraqlanırlar. Bu istiqamətdə çalışacağıq və ümidvaram ki, qarşıya qoyulan məqsədlərə çatacağıq”, – deyə N.Məmmədov vurğulayıb.
N.Məmmədov bildirib ki, bundan sonra müxtəlif layihələr üzrə mütəmadi olaraq görüşlər, forum, simpozium və.digər tədbirlər keçiriləcək. (Azərtac)