Hesabatlar və Analitika üzrə baş mütəxəssis
Vakansiya haqqında
İdarə: Satış
Şöbə: B2B Satış
İş qrafiki: Standart
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 31.07.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
*Əsas KPİ-lar üzrə (itki faizi, satış göstəriciləri, ARPU) mütəmadi hesabatların hazırlanması
*Makro və mikro seqmentlərə dair təhlillərinin aparılması (müştəri bazası üzrə, məhsul / xidmətlər üzrə)
*Məhsul və xidmətlərin yaşam dövrünə uyğun olaraq iqtisadi dəyərləndirmənin təmin edilməsi
*Kampaniyalar üzrə təhlillərin həyata keçirilməsi və nətcələrin mütəmadi izlənilməsi
*Daxili və xarici müştəri istəklərinə uyğun olaraq lazımi hesabat və təhlillərin təmin edilməsi
*Müştəri təcrübəsinin və NPS nəticlərin analizinin aparılması və müvafiq təkliflərin irəli sürülməsi
*Müştəri seqmentləri üzrə kontakt strategiyasının hazırlanmasının həyata keçirilməsi
*Müştərinin yaşamdövrünün idarəedilməsinin həyata keçirilməsi
*Zəng, internet və digər məhsullar üzrə gəlir səviyyəsinin artırılması və qorunması üçün analiz və hesabatların hazırlanması
*Müştəri dəyərinin yüksəldilməsi üzrə mütəmadi təhlillərin həyata keçirilməsi və xüsusi ölçü metodologoyalarının qurulmasi
*Bazar araşdırmalarının həyata keçirilməsi
*Rəqiblərin fəaliyyətinin təhlinin aparılması
* Müştəri təcrübəsinin və NPS nəticələrinin təhlili
*Diaqnostik və proqnoza yönəlik statistik modellərin yaradılması və mütəmadi tətbiq edilməsi
*Tələb olunan analiz və hesabatların hazırlanması üçün satış komandası və texniki komanda ilə yaxından əməkdaşlıq aparılması
*Qarşıya qoyulmuş hədəf və məqsədlər üçün şöbə daxili, department daxili və şirkət daxili koordinasiyanın aparılması
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil
* Uyğun sahələrdə 3-5 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Nəticə yönümlü
* Davamlı təkmilləşmə
*Komanda işi və əməkdaşlıq
*Müştəri yönümlü
*Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (səlis) dillərini bilmək
*MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə, statistic təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın orta səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R)
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Hesabatlar və Analitika üzrə baş mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Nar işçi axtarır – VAKANSİYA
20:04
17 İyul 2019