Peşəkar mühasib Rauf Pənahəliyev gəlir vergisinin hesablanması üçün izahat verib.
FED.az xəbər verir ki, izahatda deyilir:
Eləcə də bax: Minimum əmək haqqı gəlir vergisindən azal edilsin - EKSPERTDƏN TƏKLİF
Bildiyimiz kimi, Vergi Məcəlləsində geniş əhatəli mövzulardan biri də muzdlu işdən tutulan aylıq gəlir vergisinin məbləğidir. Bu vergini hesablayan zaman həm işçinin hansı sahədə fəaliyyət göstərdiyi həm də əldə olunan güzəştlərə xüsusi diqqət edilməlidir.
Misal 1. Neft və qaz sektorunda işləyən 2-ci qrup əlilliyi olan şəxsin muzdlu işdən əldə olunan gəliri 2600 manat təşkil edir. Bu zaman tutulan gəlir vergisinin məbləği nə qədər olacaq?
VM 101.1 və 102.3 maddələrinə diqqət etmək vacibdir.
V.M 101.1 maddə Neft,qaz və dövlət sektorunda muzdlu işdən vergi tutulan aylıq gəlirin məbləği 2500 manata-dək olduqda 14%, 2500 manatdan yuksək olduqda isə 350+ 2500 Azn-dən artıq olan hissənin 25%-i miqdarında gəlir vergisi hesablanır. Burda ikinci diqqət edilməli məqam isə vergi tutulan aylıq gəlirdən söhbət getməsidir. Vergi tutulan aylıq gəlir isə bütün güzəştlər çıxıldıqdan sonra yerdə qalan məbləğ hesab olunur. İşçinin 2-ci qrup əlilliyi olduğu üçün V.M 102.3 maddəsinə əsasən onun 200 Azn vergi güzəşti var. Buna görədə hesablanma aşağıdakı kimi aparılacaq.
2600-200=2400*14%=336 Azn.
Bəzən burda qeyd edilə bilər ki, VM 102.1.6 maddəsi niyə tətbiq edilmədir? Çünki həmin maddədə əldə olunan aylıq gəlirin miqdarı 2500 Azn-dək olarsa qeyd olunmuşdur. Güzəşt çıxılandan sonra yerdə qalan məbləğ artıq əldə olunan aylıq gəlir hesab olunmur.