Marketinq müştəriləri dinləmək, eyni zamanda da onlarla danışmaq məsələlərini əhatə edir. Bazar araşdırması ucuz və sadə olmalıdır. Müştərilərdən faydalı ideyalar və fikirlər öyrənə biləcəyimizi qəbul etdikdən sonra texnikalar axtarılıb tapıla bilər.
Mən “Müştəriləri dinləmək” ifadəsinin istifadə edilməsinə üstünlük verirəm, belə ki, bazar araşdırması ifadəsi bir çox insanın təsəvvüründə böyük korporasiyaların həyata keçirdiyi bahalı və mürəkkəb fəaliyyətlərlə əlaqədardır. Buna görə də, yaradıcılıq sahəsində fəaliyyət göstərən əksər kiçik müəssisələr bazar araşdırması aparmaq üçün kifayət qədər vaxt və vəsaitlərinin olmadığını düşünürlər.
FED.az xəbər verir ki, ancaq bazar araşdırması aparmaqla əlaqədar əsas maneə vaxt və ya pul deyil, lovğalıqdır. Əgər biznesimizlə əlaqədar hər şeyi bildiyimizə və müştərilərdən heç nə öyrənə bilməyəcəyimizə inanırıqsa, heç vaxt onları dinləməyəcəyik. Əgər müştərilərimizin dəyərləri, ödəyəcəyəkləri qiymətlər və istədikləri təkmilləşdirmələr haqqında hər şeyi bildiyimizə inanırıqsa, onları dinləməyin heç bir mənası yoxdur.
Digər tərəfdən, seçilmiş və dəyərli müştərilərimizə partnyorlarımız kimi yanaşsaq onların nə düşündüklərini bilmək istəyəcəyik. Əgər bizim məhsullarımızı bizdən fərqli şəkildə görə bildiklərini anlasaq, onların fərqli yanaşmalarını başa düşməyə can atacağıq. Əgər müştərilərimizin istifadə edə biləcəyimiz yaxşı ideyaları olduğuna inansaq, onlardan bu ideyalar haqqında soruşmamaq ağılsız hərəkət olar.
Yaradıcılığımızdan istifadə edərək sistematik şəkildə müştərilərimizi dinləmək, eləcə də onların ideya və fikirlərindən istifadə etmək üçün ağıllı, sadə və sərfəli yollar tapa bilərik.
Müştərilərimizdən məhsullarımız haqqında əks-əlaqə istəyə, onları təkmilləşdirmə ilə əlaqədar məsləhətlər verməyə dəvət edə və ən çox nələri bəyəndiklərini soruşa bilərik. Onlayn anketlərdən istifadə edə və ya sadəcə onlarla danışa bilərik; müştərilərdən ibarət qeyri-rəsmi “fokus qrup” yarada və ya istifadəçi forumu təşkil edə bilərik. Əgər təxəyyülümüzdən istifadə etsək, istifadə edəcəyimiz bir çox üsul mövcuddur.
Bir sözlə, seçilmiş bazar seqmentlərimizi dinləmək və ən dəyərli müştərilərimizə partnyorlarımız kimi yanaşmaqla yaradıcılıq sahəsində fəaliyyət göstərən müəssisələrimizi təkmilləşdirə bilərik.
Moneta.az