Azərbaycanın məşhur mağazalar şəbəkəsi olan «MusicGallery»nin Əhmədlidəki mağazası bağlanıb. FED.az xəbər verir ki, artıq şəbəkənin Məhəmməd Hadi 27, ünvanındakı mağazası fəaliyyətin dayandırıb. Paralel olaraq şirkətin «28 Mall» ticarət mərkəzindəki mağazasının sahəsi də təqribən 2 dəfə kiçilib.
Eləcə də bax: “Bazarstore” bağlanır, yerini “BRAVO” tutacaq"
Şəbəkədən FED.az-a Əhmədlidəki mağazanın bağlanmasını təsdiqləyiblər. Şirkətin meneceri Ruslan Hüseynov bildirib ki, mağazanın bağlanması metroya daha yaxın ərazidə yeni mağazanın açılması planı ilə bağlıdır. Şirkətdə həmin mağazanın təqribən 2-3 həftəyə açılacağını bildirirlər.
«MusicGallery»nin «28 Mall»dakı mağazasının kiçilməsinin səbəbkarı isə şəhərin digər iri ticarət şəbəkəsi olan «Bravo»dur. «MusicGallery»dən bildirilib ki, ticarət mərkəzində «Bazar store»ni əvəzləyən «Bravo» sahəsini genişləndirmək üçün «MusicGallery»nin də sahəsinin bir hissəsini istəyib: «Onlar artıq ticarət mərkəzinin rəhbərliyi ilə danışmışdılar və biz də sahənin bir hissəsini verdik».
Qeyd edək ki, 1993-cü ildən fəaliyət göstərən «MusicGallery» məişət texnikası və elektronika məhullarının satışı ilə məşğuldur. Bir neçə il əvvəl sektorun liderlərindən olan şirkət son illər yeni rəqiblərin yaranması nəticəsində böyük rəqabətlə üzləşib və satışları azalmağa başlayıb. Şirkətin özündə də satışların zəif olduğu bildirilir.
«MusicGallery»nin bir mağazası bağlanıb
15:51
5 Okt 2018