ATİB üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb, iqtisadiyyatın inkişafına təkan veriblər.
ATİB üzvləri Qarabağın yenidən qurulmasında yaxından iştirak edir - Sədr
FED.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfransında çıxışı zamanı bildirib.
“Bu gün məqsəd ATİB-in üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri də Qarabağın yenidən qurulması və bərpası prosesindən kənarda qalmayıb, hər biri müvafiq sahədə aparılan işlərə öz töhfələrini vermiblər”, - deyə ATİB sədri vurğulayıb.











