Fevralın 17-də Münxendə Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.
FED.az xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.