Müflis olan "Det-Al Alüminium" MMC-nin kreditorlarının ilk iclasının vaxtı avqustun 9-a təyin edilib. Bu barədə kreditorlara şirkətin əmlak məsələləri üzrə administratoru Elim Şahmuradov məlumat verib.
E.Şahmuradov avqustun 1-dən vəzifəsinin icrasına başlayıb. Kreditorlara iki ay müddətində ona tələblərin irəli sürmək təklif edilib.