Biznes

Mübariz Mənsimov: "Aşpaz işləməyimdən - HEÇ VAXT UTANMAMIŞAM"

Mübariz Mənsimov: "Aşpaz işləməyimdən - HEÇ VAXT UTANMAMIŞAM" | FED.az
11:11 19 Fev 2020

FED.az xəbər verir ki, bunu “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov feysbuk hesabında yazıb.

O bildirib ki, heç vaxt aşpaz işləməyindən utanmayıb və bunu həmişə hər yerdə açıq deyib: “Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik”.

Qafqazinfo

Digər xəbərlər

Banner