15 dekabr 2025-ci il saat 14.00-da “Moskviçtexxidmət”ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sumqayıt şosesi, 4 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin fəaliyyətində yaranmış problemlə bağlı vəziyyətin müzakirəsi.
2. Cəmiyyətin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinin müzakirəsi və bu barədə qərar verilməsi.
3. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.













