Banner

Biznes

Moskvadakı hipermarketdə “Azərbaycan nemətləri” - GUŞƏSİ AÇILIB

Moskvadakı hipermarketdə “Azərbaycan nemətləri” - GUŞƏSİ AÇILIB | FED.az
14:02 21 Noy 2019

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəstəyi ilə Moskvanın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə mərkəzindəki “Tvoy dom” hipermarketində geniş çeşiddə “Made in Azerbaijan” brendli məhsulların təqdim olunduğu  “Azərbaycan nemətləri” guşəsi açılıb.

FED.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Azərbaycan nemətləri” guşəsinin yaradılmasının yerli məhsullarımızın Rusiya bazarında daha çox tanıdılması və ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Eləcə də bax: Azərbaycanda Rusiya şokoladlarının bazar payı artır - 73%-Ə ÇATIB

Qeyd edək ki, bu ilin martında Moskvada “DEPO” qastromarketində “Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların yaradılması istiqamətində işlər aparılır.

 

Digər xəbərlər

Banner