Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Rusiyanın paytaxtı Moskva şəhərində “Heimtextil Russia 2021” sərgisində nümayiş olunub.
FED.az xəbər verir ki, AZPROMO-dan daxil olmuş məlumatda bildirilir ki, təşkil olunan sərgidə dünyanın 10 ölkəsindən 100-dən çox şirkət öz məhsullarını ziyarətçilərin diqqətinə təqdim edib.
Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub.
Məlumatda qeyd edilib ki, Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar, xüsusilə də incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparılıb.