Azərbaycanın vaxtı ilə Monteneqrodakı bankına rəhbərlik edən Kamran Məmmədov yeni vəzifəyə təyinat alıb.
Eləcə də bax: Orxan Bağırov yeni Mələk İnvestorlar Klubuna rəhbər - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Kamran Məmmədov ölkənin iri kapitallı qızılgül yetişdirən “AzRose” MMC-nin icraçı direktoru təyin edilib.
O, 2016-ci ilin aprelindən vaxtı ilə səhmləri Azərbayan şirkətinə məxsus olan “Nova Banka AD Podgorica”nın Baş icraçı direktoru və ya İdarə Heyətinin sədri vəzifəsində çalışıb. K.Məmmədov həmçinin “Kapital Bank” və “Ata Bank” ASC-də bank təcrübəsi var.
“AzRose” MMC isə 2016-ci ildə yaradılıb və 18.46 milyon manat nizamnamə kapitalı var. Şirkət Qəbələnin Vəndam kəndində fəaliyyət göstərir.
“Nova Banka AD Podgorica”nın əvvəlki adı “Azmont Bank” idi. Kapital dəyəri 25,9 milyon avro olan bank 2020-ci ildə təsisçisi Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti tərfindən tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satmışdı. Və bu satışdan sonra bank rebrendinq etdi.