“Modern” Şirkətlər Qrupuna məxsus olan törəmə şirkətin nizamnamə kapitalı kəskin artırılıb.
Eləcə də bax: “Azərsun Holdinq”in 2 böyük şirkəti - BİRLƏŞİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Vita 1000” brendi ilə mineral və təbii sular istehsal edən “Mineral Sular” MMC-nin nizamnamə kapitalı 10 manatdan 3 723 510 manata qaldırılıb.
Xatırladaq ki, “Mineral Sular” 2012-ci ildə yaradılıb. Qazlı və qazsız suları “Vita 1000” brendi ilə bazara çıxarır.