“Modern Group of Companies” MMC-yə məxsus “Alyans Tekstil” MMC-nin direktoru Mehdi Tağıyev işdən çıxıb.
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Cahangir Hüseynova həvalə olunub.
Xatırladaq ki, “Alyans Tekstil” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkət işçi və xüsusi geyimlərin istehsalı, iş ayaqqabıları və fərdi mühafizə vasitələrinin satışı ilə məşğuldur. (Report)