3 oktyabr 2024-cü il saat 15.00-da “Missiya” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 3 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. ASC-nin idarə heyəti sədrinin seçilməsi.
3. Digər məsələlərin müzakirəsi.
Bütün səhmdarların iştirakı vacibdir.
Telefon–050 224- 99 -39.