Vergilər Nazirliyi vergi borcunu ödəməyən daha bir neçə şəxsi əmlakını hərraca çıxarıb.
FED.az Vergilər Nazirliyiinə istinadən bildirir ki, Şiraslan Cəfərov Əyyub oğlu vergini vaxtında ödəmədiyinə görə ona məxsus əmlak - qadın koftaları hərraca çıxarılıb. Koftalar 25 ədəddir və hər birinin tam dəyəri 9 manatdır, həmçinin ilkin hərracın da qiyməti 9 manatdır. 1 koftaya görə beh isə 0,90 qəpik təşkil edir. Qeyd edək ki, əmlak Mingəçevir şəh, Y.Muradov küçəsi, ev 37 A , mən 47 ünvanında yerləşir.