Tender 3 lot üzrə keçirilir::
lot 1 - Mingəçevir şəhərində yaşayış binalarının dam örtüklərinin metal kirəmitlə təmiri işləri
lot 2 - Mingəçevir şəhərində yüksək mərtəbəli yaşayış binalarının dam örtüklərinin metal kirəmitlə təmiri işləri
lot 3 - Mingəçevir şəhərində yumşaq və şifer dam örtüklü yaşayış binalarının dam örtüklərinin metal kirəmitlə təmiri işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 146 (Otaq 8) (Əlaqələndirici şəxs :Mustafayev Səfər Mustafa oğlu, telefon :(024) 275-41-95) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 150 manat
lot 2 - 160 manat
lot 3 - 170 manat
Hesab: | AZ21AIIB33010019442900225129 |
VÖEN | 2700120241 |
Bank: | Kapital Bank ASC Mingəçevir filialı |
Kodu: | 200297 |
VÖEN: | 9900003611 |
M/H: | AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: | AIIBAZ 2X |
Eləcə də bax : "Təmiz Şəhər" ASC - Tender elanı
Eləcə də bax : "Bakı Metropoliteni" QSC - Tender elanı
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-16 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-31 10:00qədər Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 146 (Otaq 8) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-06-01 10:00 tarixində Mingəçevir şəhəri 20 Yanvar küçəsi 146, otaq 8 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI