İyun ayının 2-də "Mingəçevir Balıq" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Şirkətin Müşahidə Şurasından verilən məlumata görə, iclasın gündəliyinə 2016-cı maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması, idarəetmə və nəzarət orqanlarının seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 18:00-dək səhmdar cəmiyyətin Mingəçevir şəhəri, su anbarının yaxınlığında yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.