FED.az xəbər verir ki, ekspertlərin hesablamalarına əsasən, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişib. Bu isə əvvəlki ilə (95 min milyoner) nisbətən 14% çoxdur.
Siyahının ilk pilləsində Çin qərarlaşıb. Ötən il 15 minə yaxın milyoner bu ölkəni tərk edib. Lakin buna baxmayaraq, Çin yeni milyonerlərin sayına görə dünya lideridir.
Eləcə də bax: Buffett və digər investorların - 5 BÖYÜK SƏHVİ
Reytinqin ikinci yerini isə Rusiya tutur. Bu ölkəni tərk edən milyonerlərin əsas səbəbi ölkə iqtisadiyyatının və biznes mühitin hazırkı vəziyyəti, həmçinin sanksiyaların biznesə təsiri olub.
Reytinqin ilk üçlüyünü Hindistan tamamlayır. Ötən il 5 mindən çox milyoner bu ölkəni tərk edib.
Milyonerlərin qaçdığı TOP-9 ölkə:
# |
Ölkə |
2018-ci ildə ölkədən gedən milyonerlərin sayı |
1 |
Çin |
15 000 |
2 |
Rusiya |
7 000 |
3 |
Hindistan |
5 000 |
4 |
Türkiyə |
4 000 |
5 |
Böyük Britaniya |
3 000 |
6 |
Fransa |
3 000 |
7 |
Braziliya |
2 000 |
8 |
Səudiyyə Ərəbistanı |
1 000 |
9 |
İndoneziya |
1 000 |