2024-cü ildə milyarderlərin sərvəti 17% artaraq 14 trilyon dollar səviyyəsinə çatıb.
İlon Mask dünyanın ən zəngin adamı rekordunu qırıb
FED.az xəbər verir ki, ABŞ bu artımda əsas rol oynayıb, milyarderlərin sayı 751-dən 835-ə yüksəlib, sərvətləri isə $5.8 trilyon təşkil edib. Bunun əksinə olaraq, Çində milyarderlərin sayı 520-dən 427-yə düşüb, sərvətləri isə $1.4 trilyon olub.
Hesabata görə, yeni milyarderlərin əksəriyyəti öz zəhməti ilə sərvət qazanıb, miras yolu ilə zənginləşmə isə azalıb. Avropada İsveçrə, Almaniya və Fransada milyarderlərin sayı artıb. İsveçrə 85 milyarderlə Britaniyanı keçərək ikinci sıraya yüksəlib. Hindistanda isə milyarderlərin sayı 20% artaraq sərvətləri $906 milyarda çatıb.
Milyarderlər arasında inflyasiya və geosiyasi gərginliklər əsas narahatlıq mənbələri olaraq qalır. ABŞ isə növbəti il üçün ən yaxşı investisiya imkanları təqdim edən region kimi qiymətləndirilib. UBS-in məlumatına görə, dünya əhalisinin kiçik bir hissəsi qlobal sərvətin böyük hissəsini əlində saxlayır.