Azərbaycan əsilli məşhur rusiyalı milyarder Araz Ağalarov biznesini şaxələndirməkdə davam edir.
FED.az biznes portalı Virtualaz.org-a istinadən xəbər verir ki, oliqarx bu dəfə balıq biznesinə girib və ona məxsus “Crocus Group” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.
Eləcə də bax: “Hər şeylə alver edirdik” - MÜSAHİBƏ
Şirkətin əsas fəaliyyət istiqaməti sənaye üsulu ulə şirin su hövzələrində balıq yetişdirilməsi olacaq. Şirkətin səhmlərinin 90 faizi “Crocus Group”a, qalan 10 faizi isə”Lotofish”in baş direktoru Valerian Çikovaniyə məxsusdur.