Milk-Pro”MMC tərkibindən “Azemal” MMC ayrılaraq yenidən təşkil olunur.
FED.az xəbər verir ki, yeni yaranan “Azemal” MMC bölünmə balansına uyğun olaraq bəzi hüquq və öhdəliklər üzrə “Milk-Pro” MMC-nin hüquq varisidir.
Qeyd edək ki, “Milk – Pro” MMC 1991–ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkətin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. Şirkət 9 900 manat nizamnamə kapitalına malikdir.
Qanuni təmsilçisi Mustafa Məmmədov Mehman oğludur.