Mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) ilə bağlı tələblər 6 il sonra qüvvəyə minəcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə edilən “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində əksini tapıb.
Eləcə də bax: Azərbaycanda yeni biznesə başlamaq istəyənlərin - ƏSAS PROBLEMLƏRİ
Qeyd edək ki, qanun layihəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Eyni zamanda qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Xatırladaq ki, parlamentin birinci və ikinci oxunuşda qəbul etdiyi qanun layihəsində mikro sahibkarlıq subyektləri üçün belə güzəşt nəzərdə tutulmamışdı.(Apa)