"Microsoft", açıq qaynaq proqram şirkəti olan "Citus Data"nı satın alıb.
FED.az xəbər verir ki, 2011-ci ildə Türkiyədə qurulan "Citus Data"nın eyni zamanda San Fransiskoda bir ofisi var. "Linkedın"dəki məlumatlara görə şirkətin cəmi 40 əməkdaşı var.
Eləcə də bax: Dəyəri 5 mln. dollar olan Azərbaycan şirkəti dünyanın 10 ən yaxşı startapından biri olub
Satınalma ilə bağlı hər hansı bir rəqəm açıqlanmayıb.
"Microsoft" daha əvvəl məşhur açıq proqram platforması "Github"ı 7.5 milyard dollara satın almışdı.