2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon dollar olub.
FED.az xəbər verir ki, həmçinin cari ilin yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon, pambıq lifinin (daranmaya məruz qalmamış) ixracı 13,3 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracı 11 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağlarının ixracı 9,5 milyon, almanın ixracı 9 milyon ABŞ dolları təşkil etmişdir.