Bu ilin yanvar-iyun aylarında metroda orta aylıq əməkhaqqı 1 355,4 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 84,6 manat və ya 6,7% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 1 270,8 manat təşkil etmişdi.