Oktyabrın 16-da Bakının Nərimanov rayonunda «Metro City» ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə əlaqədar cinayət işi açılıb və istintaq gedir.
FED.az xəbəır verir ki, artıq yanğından zərər çəkən sahibkarların siyahısı tutulur və onlara dəyən zərər dəqiqləşdirilir. Bununla bağlı iş adamlarına xüsusi ərazə formaları göndərilərək onların doldurulması, öz fəaliyyti haqqında məlumat verməsi və dəyən zərəri göstərməsi tapşırılıb.
Xatırladaq ki, «Metro City»də baş verən yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ümumilikdə 21 satış bölməsinə zərrə dəyib.
Hadisə günü FED.az-a müsahibə verən iş adamları 20-50 min manat arasında zərərə düşdüklərin göstərmişdilər.