“Mətbəx Mebel” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarların ümumi yığıncağı 18 mart 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvanda keçiriləcəkdir.
yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətə yeni direktorun təyin edilməsi .
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
3. Cəmiyyətin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiqi.
4. “Mətbəx Mebel” ASC-nin MMC-yə çevrilməsi.
5. Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılması.
6. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə aid məsələlərlə bağlı təklifləri əldə etmək üçün həftənin birinci və üçüncü günləri saat 10.00-dan 13.00-dək “Mətbəx Mebel” ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvana müraciət etmək olar