Çərşənbə axşamı “Meta”nın bazar dəyəri 599 milyard dollara qədər azalıb. Qeyd olunur ki, bu, ABŞ-ın antiinhisar qanununun minimum həddidir. Qanun 2021-ci ilin oktyabrında ABŞ Senatında təqdim edilmişdir.
Eləcə də bax: Zuckerberqin baş ağrısı: niyə “TikTok” “Meta” üçün - Əsas Təhlükəyə Çevrildi?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, qayda böyük texnologiya şirkətlərinə, məsələn, öz xidmətlərinə üstünlük verməyi və platformalarında digər şirkətlərə qarşı ayrı-seçkilik etməyi qadağan edir. Əgər “Meta”nın bazar dəyəri 600 milyard dollardan aşağı ensə, o, “Google”, “Amazon” və digər şirkətlərdən fərqli olaraq məhdudiyyətlərdən qaça biləcək.
“CNBC” qeyd edir ki, qanun layihəsi hələ qəbul olunmayıb və “Meta”nın bazar dəyəri bu vaxta qədər dəyişə bilər. Bundan əlavə, qanun layihəsinin qəbulundan sonra şirkətin kapitallaşması 600 milyard dollardan az olsa belə, məhdudiyyətlər dərhal fəaliyyətini dayandırmayacaq.
“The Financial Times” “J Stern & Co” fondunun idarəedici partnyoru Kristofer Rossbaxın fikrinə istinadən yazır ki, Meta onun kapitallaşmasına şüurlu şəkildə təsir edə bilər. Bunun üçün şirkət proqnozlarını aşağı salmaq və “TikTok”dan rəqabət və “Apple”ın yeni məxfilik qaydaları ilə bağlı problemlər haqqında faktları şişirtmək niyyətindədir.