“Mətanət A” şirkəti Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir.
“Mətanət A” şirkəti Misirdə - ZAVOD TİKƏCƏK
Daim sosial məsuliyyətə önəm verən “Mətanət A” şirkəti fevralın 8-də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL məbləğində vəsait ianə edib.
Xatırladaq ki, Türkiyədə baş vermiş 7.7 ballıq zəlzələ nəticəsində ölkənin cənub-şərq bölgəsi ciddi dağıntılara məruz qalıb, minlərlə insan həlak olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm və 10 zəlzələ bölgəsində 3 aylıq fövqəladə vəziyyət elan edib.