“Mətanət A” şirkəti Laborant vakansiyasını elan edir
İşin təsviri:
Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarmalıdır;
Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır;
Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır;
Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır;
Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata almalıdır;
Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali (bakalavr)
İş təcrübəsi: Ən azı bu sahədə 1-2 il il iş təcrübəsi olmalı. (Boya və Gips sahəsində işləmiş laboranta üstünlük verilir.)
Yaş həddi: 24-35;
Cinsi: Kişi
Kompüter biliyi: Word, Excell, Internet Explorer;
Dillər: Azərbaycan dili.
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyyəti;
İşə planlı yanaşması;
Ünsiyyət yaratmaq bacarığı;
Fəal olması;
Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.