“Mətanət A” şirkəti Daxili Auditor vakansiyasını elan edir
İşin təsviri:
Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
Daxili və xarici satınalmalara verilən sifarişləri izləmək, satınalmaları nəzarətdə saxlamaq, tender, alınan təklif və satınalınan malların alış qiymətlərinin uyğunluğunu yoxlamaq;
Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
Yaş həddi: 25-45;
Dil bilikləri: Azərbaycan, Rus dili və İngilis dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Daxili və Xarici Satınalma üzrə təcrübə vacibdir.
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşma;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Əlavə şərtlər:
Ezamiyyət imkanları;
Şəxsi avtomobilinin olması üstünlükdür.
Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.