“Mətanət A” şirkəti Təlim və İnkişaf üzrə menecer vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi;
Şirkət üçün illik təlim planının hazırlanması;
Təlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi;
Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
Təlimçilərin və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələr verməsi;
İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması;
Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
Plana uyğun olaraq, bütün törəmə şirkətlərdə təlimləri təşkil etmək;
Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
Azərbaycan, Rus və ya İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
Komanda işinin təşkili.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.