Dünyanın dördüncü ən böyük tütün şirkəti olan “Imperial Tobacco” (“Imperial Brands”in tərkibinə daxildir) Rusiyadakı biznesini yerli investorlara təhvil verib və Rusiya rəhbərliyindən sövdələşmənin təsdiq etməsini gözləyir.
Eləcə də bax: Moody’s: Rusiyanın xarici borcunu rublla ödəməsi - DEFOLTDUR
FED.az xəbər verir ki, bu barədə məlumat "Imperial Brands"in məlumatında qeyd olunub.
“Imperial Brands” bu gün yaxın gələcəkdə baş tutması gözlənilən sövdələşmənin yerli hakimiyyət orqanlarında qeydiyyatı başa çatması şərtilə Rusiyadakı biznesini ölkədə yerləşən investorlara təhvil verdiyini elan edir”, - açıqlamada bildirilib.
Həmçinin vurğulanıb ki, şirkət sövdələşmə üzrə təqribən 225 milyon funt sterlinq məbləğində nağdsız silinməni nəzərdə tutub. (Report)