İyunun 17-də Bakı şəhəri Atatürk prospekti 97 ünvanında «Stella» mebel mağazalar şəbəkəsinin ilk mağazasının rəsmi açılışı olub.
FED.az xəbər verir ki, 3 mərtəbədən ibarət rahat və ən əsası, keyfiyyətli işləri ilə seçilən «Stella» mebel mərkəzində bütün növ mebellər yer alır.
Türkiyə brendi olan «Stella»nın paytaxtımızda açılan mağazasında mətbəx mebellərindən tutmuş, yataq otağı mebellərinə kimi hər biri sənaye ağaclarından hazırlanır. Bu da bütün növ mebellərin keyfiyyətli, sağlam və davamlı olmasının göstəricisidir.
45 ildir öz sahəsində adından bəhs etdirməyi bacaran, daim müştərilərin böyük rəğbətini qazanan və seçilən uğurlara imza atan «Stella» markası Azərbaycan da daxil olmaqla dünyanın 20-dək ölkəsinə məhsul ixrac edir.
Açılış mərasimində «Stella» mebel brendinin qurucuları Ali Ekber Özkanı və Erkan Özkan çıxış ediblər. Müştərilərinin inamını və rəğbətini qazanan «Stella»nın bu gün çox sevilməsi və tələbatlı olmasında hər iki şəxsin böyük əməyi var. Çıxış zamanı onlar mötəbər günün Türkiyə mebel sənayesi üçün önəmindən danışaraq məmnuniyyətlərini bildiriblər: «Türkiyə mebel markasının Azərbaycanda fəaliyyətə başlaması əhəmiyyətli hadisədir. Bu gün burada olmaqdan qürur duyuuram, hər birimiz məmnunuq»-deyə Ali Ekber Özkan bildirib.
Daha sonra çıxış edən İstanbul Mebel, Kağız və Meşə Məhsulları İxracatçıları Birliyi İdarə Heyətinin sədri, İstanbul Sənaye Palatası Məclis Üzvü və «Stella»nın qurucu tərəfdaşı Erkan Özkan iştirakçılara təşəkkür edib: «Bu xoş gündə brendimizin Azərbaycanda da filialının olması məni sevindirir. İşimiz xeyirli-uğurlu olsun, ən əsası əməkdaşlığımızın davamlı olmasına çalışaq. Hər birinizə təşəkkür edirəm».
Tədbirdə Türkiyədən ölkəmizə dəvət alan fəxri qonaqlardan Türkiyə İxracatçılar Məclisinin sədr müavini, Mosfed (Mebel Assosiasiyaları Federasiyası) prezidenti Ahmet Güleç, İstanbul Sənaye Palatası Məclis Üzvü, Mobsad-ın prezidenti (Mebel Sənayeçiləri Assosiasiyası) Nuri Gürcan, Stella Mebel şəbəkəsinin Qaziantep filialının rəhbəri Can Canatar və çoxsaylı digər qonaqlar yer alıb.
Tədbir Ali Ekber Özkan, Erkan Özkanı və Ayxan bəy açılış lentini kəsiləndən sonra musiqili formada davam edib.
Açılış tədbirində Azərbaycanın sevilən müğənniləri Gülyaz və Gülyanaq bacıları, eyni zamanda Türkiyənin məşhur ifaçıları Nil Karataş və Rabiye Tunçbilek də iştirak edib.
Qeyd edək ki, “Stella” mebellərinin memarı Adnan Yalçıntaşdır. Şirkətin ixracat müdiri isə məşhur türk dizayner Sevinç Domaliçdir.
«Stella» mebel brendi 1970-ci ildən tanınır. «Stella» mebelləri yalnız sənaye ağaclarından hazırlandığına görə məhsulların ərsəyə gəlməsində heç bir ağac növünə zərər verilmir. Türkiyədə istehsal edilən bütün məhsullar xaricdə yerləşən mağazalar vasitəsi ilə müştərilərə çatdırılır.
Hər bir mebel müasir dizayn dünyasının yeniliklərinə və ən son texnologiyalar ilə hazırlanır. «Stella» bu günə kimi həm müştəri məmnuniyyəti, həm də keyfiyyətinə görə mebel sektorunda ad qazanmış bir marka olmağa davam edir.