Cənubi Koreyanın "Samsung" şirkətinin əməliyyat rüblük mənfəəti iki il ərzində ilk dəfə olaraq aşağı düşüb.
FED.az xəbər verir ki, bu barədə şirkətin 2018-ci ilin IV rübü üzrə hesabatında deyilir.
Şirkət bu dövr ərzində 9,6 milyard qazanıb ki, bu da 2017- ilin analoji vaxt kəsiyinə nisbətdə 28,7 faiz aşağıdır. Gəlirin aşağı düşməsinə "Samsung" mikrosxemlərinə tələbatın azalması və smartfon bazarında rəqabətin yüksəlməsi səbəb olub. Bu səbəbdən şirkət 2019-cu ilin ilk rübündə də azalma gözləyirlər.
Eləcə də bax: Bu şirkət dünyanın ən bahalı şirkəti oldu