Kibertəhlükəsizlik şirkəti "Avast"ın yeni baş icraçı direktoru (CEO) Aundri Volcek illik 1 dollar əmək haqqı alacaq.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, CEO-ya illik əmək haqqı və bonus olaraq cəmi 1 dollar ödəniş olunacaq. Onun direktorluq üzrə 100 min dollarlıq maaşı isə xeyriyyə məqsədilə xərclənəcək.
Şirkətin açıqlamasına görə sözügedən məbləğ İngiltərə mərkəzli uşaq evinə köçürüləcək. Direktor isə maaş əvəzində illik olaraq kapital qrantları alacaq.
Qeyd edək ki, Çexiya mərkəzli "Avast" şirkəti kompüterlər üçün təhlükəsizlik proqramlarının və antivirus məhsullarının yaradılması və inkişafı ilə məşğul olur, eləcə də, süni intellekt üzərində çalışır.