Teymur Əhmədov adına “AzNar” QSC virus səbəbindən səhmdar iclasını təxirə salıb.
Eləcə də bax: Hollandiyanın məşhur şirkəti – AZƏRBAYCANDA BİR FİLİALINI BAĞLAYIB
FED.az xəbər verir ki, bu barədə şirkət açıqlama verib.
Şirkətin açıqlamasına görə, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 1 iyul 2020-ci il saat 00.00-adək uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli 195 saylı Qərarını nəzərə alaraq Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının 22 iyun 2020-ci il saat 14.00-a təyin edilmiş növbəti ümumi yığıncağı qeyri-müəyyən vaxta təxirə salınıb.
Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi bitdikdən sonra keçiriləcək.
Əlaqə telefonu: (+9942027) 4-05-17.
Ünvan: AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.