Şah Market” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, toplantı 27 fevral 2019-cu il saat 11.00-da, Bakı şəhəri, Fəvvarələr meydanı, T. Əliyarbəyov küçəsi 14 nömrəli ünvanda “Şah Market” ASC (Bakı, R.Rza küçəsi 23) keçiriləcəkdir.
Eləcə də bax: Bu şirkət dünyanın ən bahalı şirkəti oldu
Gündəlikdəki məsələlər:
1. “Şah Market” ASC-nin 2017-ci il üzrə fəaliyyəti.
2. “Şah Market” ASC-nin 2018-ci il üzrə fəaliyyəti.
3. “Şah Market” ASC-nin icarə müqavilələrinin bağlanması.
4. “Şah Market” ASC-yə qarşı iddialar üzrə məhkəmə işlərinin gedişi.
Yığıncağın gündəliyinə dair sənədlərlərlə +994 (012) 4933124, +994 (012) 4933125 nömrəli telefonlara müraciət etməklə tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.
Məşhur marketin məhkəmə işi var – SAHİBLƏRİ TOPLANIR
09:51
8 Yan 2019