Dünyanın ikinci ən böyük pərakəndə geyim şirkəti olan “H&M”in satışları mart ayında 46 faiz azalıb.
FED.az xəbər verir ki, koronavirus pandemiyasının təsirli olduğu ay ərzində bazar dəyəri 40 faiz düşmüş şirkət, əksər mağazalarını bağlayıb və işçilərini ödənişsiz məzuniyyətə buraxıb.
İşçilərinin əksəriyyətini pulsuz məzuniyyətə çıxaran məşhur İsveç istehsalıçısı 1974-cü ildən birjada satışa çıxarıldıqdan sonra ilk dəfə dividend etməmək qərarına gəlib.
Şirkətinin direktoru Helena Helmersson əvvəllər belə çətin bir dövr yaşamadıqlarını bildirib: “Mart ayında şirkətin səhmləri 40 faiz dəyər itirib”.