İş adamı, Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycandakı şirkətinin rəhbəri dəyişdi.
Eləcə də bax: "Aztelekom"un rəhbərliyinə - Müvəqqəti Təyinat - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, “PalSüd” süd və süd məhsulları brendinin sahibi olan PalFood Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni direktoru Firdovsi Cahangirov olacaq. Buna qədər isə şirkətin direktoru Fuad Bağırov idi.
Türkiyədə Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun gəmiçilik və logistik xidmətləri həyata keçirən “Palmali” Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində “NURSÜD” Süd və Süd Məhsulları Zavodunun tikib, zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir.
Zavod süd və süd məhsulları istehsalı ilə yerli bazara məhsul çıxarır. Hazırda PalFood MMC-nin nizamnamə kapitalı 4 457 867 manat nizamnamə kapitalına sahibdir.