“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunun prezidenti ola bilər.
FED.az Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” nəşri məlumat yayıb.
Eləcə də bax:Mübariz Mənsimov biznesini böyüdür - OFİSLƏR AÇDI, GƏMİLƏR ALIR
Bildirilir ki, Mənsimov Fikrət Ormanın istefasından sonra prezident seçkilərdə namizədliyini irəli sürəcək.
Məlumata görə, azərbaycanlı iş adamı artıq “Beşiktaş” rəsmiləri İhsan Kalkavan, Hakan Kalkavan və Celal Kolotla da görüşüb. Mənsimov onlara klub prezidenti olacağı halda ana reklama 50 milyon avro ayıracağını deyib.