Mehmanxana fəaliyyəti ilə məşğul olaraq “e-qaimə”dən istifadə edən fiziki şəxs sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
FED.az xəbər verifr ki, Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.
Həmin şəxslər digər vergiödəyicilərinə xidmət etdiyi üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi gəlirlərindən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidir.
Eyni zamanda, mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.